Xidmətlər

Rekultivasiya

Şirkətimiz tərəfindən rekultivasiya xidməti, xüsusi qayğı və həssaslıqla həyata keçirilir. Belə ki, mədən işlərindən əvvəl işin aparılacağı sahədə münbit torpaq qatı götürülərək müəyyən bir yerə yığılır, diqqətli şəkildə daşınır və torpağın keyfiyyətinə nəzarət edilir. Mədən işləri yekunlaşdıqdan sonra isə sözügedən ərazinin əvvəlki vəziyyətinə qaytarılması, landşaftın bərpası və digər kompleks xidmətlər xüsusi qayğı ilə həyata keçirilir.