Layihələr

Topa qələviləşdirmə layihəsi

Layihə çərçivəsində 1480000 m3 həcmində dağ-mədən süxurlarının partladılması, xırdalanması, daşınması və 45000 m3 həcmində sianid hovuzunun inşası tərəfimizdən həyata keçirilmişdir. Həmçinin ərazidə irriqasiya sisteminin yaradılması, ümumi gücü 3200 m/3 saat olan nasos stansiyasının montajı, 1600 kv.a gücündə yarımstansiya və kabel şəbəkəsi uğurla yaradılmışdır. Poliqon sahəsində 175000 m2 geokomposit gil halı və hdpe membran montajı həyata keçirilmişdir. Görülən işlərin keyfiyyəti beynəlxalq dərəcəli keyfiyyətə nəzarət şirkətləri tərəfindən yoxlanılmış və işlərin keyfiyyətinə tam zəmanət verilmişdir.

NÖVTopa qələviləşdirmə layihəsi
MÜŞTƏRİAzərGold QSC
ƏRAZİÇovdar/Daşkəsən
HƏCM175000m2